Ermənistan Rusiya vətəndaşları üçün viza rejimi tətbiq etməyəcək. Bu barədə baş nazir Nikol Paşinyan jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
Paşinyan bildirib ki, respublika rəhbərliyi rusiyalılarla bağlı belə bir yenilik tətbiq etməyi nəzərdə tutmayıb.
O həmçinin qeyd edib ki, erməni cəmiyyəti Rusiyadan gələn qonaqları məmnuniyyətlə qarşılayır və rusiyalı turistlərin Ermənistanın turizm üstünliklərinin tanıdılmasında fəal iştirak etdiyini görür.
Mənbə: az.trend.az
