Cümə, 23 Oktyabr 2026
Günün xəbəri, dəqiq məlumat--:--:--
Xəbər Zonası
Operativ • Dəqiq • Etibarlı
SON DƏQİQƏ
04.09.2026 15:55 · Xəbər xətti

Bakıda iki küçədə hərəkət qismən məhdudlaşdırılacaq

Azerbaycan Avtomobil Yolları Dövlət Agentliyi bildirir ki, Bakı şəhərinin Sabunçu rayonunda Bəşir Bünyadov küçəsinin bir hissəsində və Ramana qəsəbəsində Mehdi Hüseynzadə küçəsində təmir işləri aparılacaq.

Təmir işlərinə 5 sentyabr saat 07:00-dan başlanacaq və işlər tamamlanana qədər həmin yerlərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmağı və qeyd olunmuş ərazilərdə hərəkətdə olarkən diqqətli olmalarını xahiş edib.

Mənbə: az.trend.az