Advertisement

Sahibkarlara ayrılan zəmanətli kreditlərin həcmi 470 milyon manata çatıb

Bakı. Trend:

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən sahibkarlıq
kreditlərinə zəmanət və faiz subsidiyalarının verilməsi mexanizmi
çərçivəsində çoxsaylı sahibkarların maliyyə mənbələrinə çıxış
imkanları təmin edilib.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İpoteka
və Kredit Zəmanət Fondunun (İKZF) kredit zəmanət departamentinin
direktoru Elşən Kərimov deyib.

O qeyd edib ki, bu il mayın 1-nə İpoteka və Kredit Zəmanət Fondu
tərəfindən sahibkarlara ayrılan zəmanətli kreditlərin həcmi 470
milyon manata çatıb.

“Fond üzərinə 50 milyon manatdan çox subsidiya öhdəliyi götürüb.
Bu öhdəliklərin artıq 40 milyon manatı sahibkarların müvəkkil
banklardan götürdükləri kredit faizlərinin ödənilməsinə
yönəldilib”, – deyə Elşən Kərimov əlavə edib.

Elşən Kərimovun sözlərinə görə, zəmanət verilmiş kreditlərin
maliyyələşdirildiyi layihələrdə zəmanət verilən tarixə 33,5 min
nəfərdən artıq insan çalışıb və əlavə olaraq 5,9 mindən çox yeni iş
yerinin açılmasına şərait yaradılıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)