Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi imtiyazlı girişlərin idarə edilməsi (Privileged Access Management – PAM) sistemi və onun texniki dəstək xidmətlərinin satın alınması ilə bağlı tender elan edib.
Tenderdə iştirak haqqı 350 manatdır. Təkliflər 25 sentyabr 2026-cı il saat 17:50-dən gec olmayaraq (GMT+4) təqdim edilməlidir. Tender paketlərinin açılışı həmin gün saat 17:50-də (GMT+4) baş tutacaq.
Əlavə məlumat üçün telefon nömrəsi (+994) 12 310 14 02 (4021) və ünvan Bakı şəhəri, Atatürk prospekti 89, AZ1069 kimi verilib.
Mənbə: az.trend.az
