Cari ilin ilk 6 ayında Gürcüstanın xarici ticarət dövriyyəsi 12 milyard 925 milyon dollar təşkil edib ki, bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz artım deməkdir.
Məlumatı parlamentdə 2026-cı ilin dövlət büdcəsinin 6 aylıq icrası barədə hesabat təqdim edən maliyyə nazirinin müavini Giorgi Kakauridze verib.
Onun bildirdiyinə görə, ümumi xarici ticarət dövriyyəsinin 3 milyard 876 milyon dolları ixracın, 9 milyard 49 milyon dolları isə idxalın payına düşüb.
Giorgi Kakauridze həmçinin vurğulayıb ki, Gürcüstanın ən böyük ticarət tərəfdaşı Avropa İttifaqı ölkələridir və Aİ-nin payı ölkənin xarici ticarət dövriyyəsində 20,1 faiz təşkil edir.
Mənbə: az.trend.az
