İsrail ordusu Suriyanın cənubundakı silahsızlaşdırılmış zonaya artilleriya atəşi açıb. Mərmilərin Quneytra əyalətindəki Əl-Rafid şəhəri yaxınlığında düşdüyü bildirilib.
İsrail qüvvələrinin Dəməşqin cənub-qərbindəki Batt əl-Vərda yüksəkliklərinə də zərbələr endirdiyi məlumat verilib.
Hadisə nəticəsində mülki şəxslər arasında itki barədə məlumat verilməyib.
Suriya Xarici İşlər Nazirliyi bəyanatında İsrailin hərəkətlərini ölkənin suverenliyinin və 1974-cü ildə Qolan təpələrində İsrail və Suriya qüvvələrinin ayrılması haqqında razılaşmanın kobud şəkildə pozulması kimi qiymətləndirib.
Mənbə: az.trend.az
