Hacıqabul rayonunda sentyabrın 9-u saat 22:10 radələrində Bakı-Qazax magistralının Atbulaq kəndi ərazisində sərnişin mikroavtobusu ilə “KamAZ” markalı yük avtomobilinin toqquşması nəticəsində ölən hadisəsi baş verib.
Hadisə Bakı istiqamətində hərəkətdə olan “Vita” markalı sərnişin mikroavtobusu ilə eyni istiqamətdə gedən “KamAZ”ın toqquşması zamanı qeydə alınıb.
Qəza zamanı mikroavtobusda olan sərnişin — İmişli rayon sakini, 1979-cu il təvəllüdlü Sayad Abdulla qızı Qasımova aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: az.trend.az
