Advertisement

Valeri Zalujnı vəzifəsindən azad edilib

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin baş
komandanı Valeri Zalujnını vəzifəsindən azad edib.

Trend xəbər verir
ki, bu barədə Volodimir Zelenski müraciətində deyib.

“Mən iki illik müdafiəyə görə general Zalujnıya minnətdaram.
Birlikdə əldə etdiyimiz hər bir qələbəyə görə minnətdaram və bu
mübarizəni qəhrəmancasına davam etdirən bütün Ukrayna əsgərlərinə
təşəkkür edirəm”, – deyə dövlət başçısı bildirib.

Prezidentin sözlərinə görə, onlar bu gün görüşdə orduda hansı
dəyişikliklərin tələb olunması barədə açıq danışıblar. O, general
Zalujnıya bir komandada qalmağı təklif edib və bildirib ki, onun
razılığına görə minnətdar olacaq.

Volodimir Zelenski deyib ki, Ukrayna Silahlı Qüvvələrinin yeni
baş komandanı vəzifəsinə Oleksandr Sırski təyin edilib.