
Bakı. Trend:
Məşğulluq imkanlarının artırılması, qeyri-rəsmi məşğulluğun
leqallaşdırılması sahəsində görülən kompleks tədbirlər nəticəsində
əmək müqavilələrinin sayında artım dinamikası davam edir.
Trend xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2024-cü ilin yanvar ayında ölkəmizdə əmək
müqavilələrinin sayı 7,2 min müqavilə və ya 0,4 faiz artaraq, 1
milyon 816 min olub.
Əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım
əməkhaqqı fondunda da davamlı artımla nəticələnir. Bu ilin ilk
ayında əməkhaqqı fondunda daha 0,9 faiz artım qeydə alınıb.
Ümumilikdə 2018-2023-cü illərdə əmək müqavilələrinin sayında 38
faiz, əməkhaqqı fondunda 2,7 dəfə artım baş verib.





























