Milli Hidrometeorologiya Xidməti sentyabrın 13-ü saat 14:00-a olan məlumatında Lənkəran-Astara zonasına qısamüddətli leysan xarakterli yağışın qeydə alındığını bildirib.
Xidmətin məlumatına görə, ölkənin əksər rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunub, lakin Lənkəran-Astara zonasında leysan yağıb.
Düşən yağıntının miqdarı Lənkəranda 11 mm, Cəlilabadda 10 mm və Astarada 6 mm olaraq ölçülüb.
Mənbə: az.trend.az
