Advertisement

8300-dən çox şəxsə birdəfəlik müavinət təyin edildi

Bakı. Trend:

2024-cü ilin yanvar ayı ərzində 8 311 nəfərə uşağın anadan
olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilib.

Bu barədə Trend-ə Fonddan
məlumat verilib.

Qeyd edilib ki, dünyaya gələn uşaqların 3 960 nəfəri qız, 4 351
nəfəri isə oğlandır.