Alyona Əliyeva “44” bədii filminin təqdimatında çəkilmiş görüntüləri Instagram hesabında yayımlayıb. Film Heydər Əliyev Mərkəzində təqdim olunub.
Ekran əsərində Vətən müharibəsi zamanı Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıqdan bəhs edilir. Filmin məqsədləri sırasında həmin dövrün yaddaşını yaşatmaq və gənclərdə vətənpərvərlik hissini gücləndirmək yer alır.
Təqdimatın iştirakçıları arasında Arzu Əliyeva da olub. Bakı Media Mərkəzinin rəhbəri ilə yanaşı, dövlət və ictimai xadimlər, elm, mədəniyyət və yaradıcı sahələrin nümayəndələri, həmçinin gənclər tədbirə qatılıblar.
Mənbə: Trend.az
