Advertisement

Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 21 %-dən çox artırıb

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycan 54 milyon 611 min ABŞ dolları
dəyərində 49 min 606 ton meyvə-tərəvəz ixrac edib.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq
olaraq 21,2 % və 21,1 % çoxdur.

Hesabat dövründə meyvə-tərəvəz ixracı ölkənin ümumi ixracının
2,96 %-ni, qeyri-neft sektoru üzrə ixracının isə 24,59 %-ni təşkil
edib.

Ötən ay Azərbaycana 28 milyon 710 min ABŞ dolları dəyərində 42
min 633 ton meyvə-tərəvəz idxal edilib. Bu, illik müqayisədə
müvafiq olaraq 2,2 dəfə və 3,9 % çoxdur.

Dövr ərzində meyvə-tərəvəz idxalının ölkənin ümumi idxalında
payı 2,51 % olub.