Cümə, 23 Oktyabr 2026
Günün xəbəri, dəqiq məlumat--:--:--
Xəbər Zonası
Operativ • Dəqiq • Etibarlı
SON DƏQİQƏ
16.10.2026 15:00 · Cəmiyyət, Gündəm

Rəşad Nəbiyev Qəbələdə vətəndaşları qəbul edib (FOTO)

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Qəbələ şəhərində Oğuz, İsmayıllı və Qəbələ rayonlarının sakinlərini qəbul edib.

Görüşdən əvvəl nazir Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

Qəbul zamanı vətəndaşların nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb.

Nazirlik bildirib ki, müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib və müraciətlərin bir qismi dərhal müsbət həll olunub.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan müraciətlər qeydiyyata alınıb və müvafiq qurumlara göndəriləcək. Qəbul oktyabr ayı üzrə şəhər və rayonlarda keçirilən qəbul cədvəlinə əsasən təşkil edilib.

Mənbə: az.trend.az