Abşeron rayonunun Xırdalan şəhərində yerləşən yaşayış kompleksinin ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.
Hadisə barədə məlumat “112” qaynar telefon xəttinə daxil olub və məlumat əsasında Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri operativ şəkildə əraziyə cəlb edilib.
FHN-in məlumatında bildirilib ki, nazirliyin qüvvələrinin müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb və genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən yaşayış binalarına və obyektlərə yayılmasına imkan verilmədən tam söndürülüb.
Nazirlik əlavə edib ki, hadisə zamanı xəsarət alan olmayıb. FHN yanğının tam söndürülməsi istiqamətində tədbirlərin davam etdiyini və hadisə ilə bağlı əlavə məlumat veriləcəyini bildirib.
Mənbə: az.trend.az
