Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib. O, “X” sosial şəbəkəsindəki paylaşımında Azərbaycan xalqına sülh, firavanlıq və işıqlı gələcək arzulayıb.
Səfir paylaşımında Ukrayna və Azərbaycan arasında tarixən möhkəm dostluq, strateji tərəfdaşlıq və ərazi bütövlüyü məsələlərində qarşılıqlı dəstəyin olduğunu qeyd edib.
Qusev paylaşımında həmçinin Ukraynanın dəstəyə görə minnətdar olduğunu bildirib.
Mənbə: az.trend.az
