Cümə, 23 Oktyabr 2026
Günün xəbəri, dəqiq məlumat--:--:--
Xəbər Zonası
Operativ • Dəqiq • Etibarlı
SON DƏQİQƏ
18.10.2026 21:00 · Gündəm, Siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib (FOTO)

Oktyabrın 18-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Qırğız Respublikasına səfər edib.

Bişkekdə Manas beynəlxalq hava limanında Sahibə Qafarova və nümayəndə heyəti Qırğızıstan Joqorku Keneşinin sədr müavini Jıldız Taalaybek qızı, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov, TÜRKPA-nın Baş katibi Ramil Həsən və digər rəsmi şəxslər tərəfindən qarşılanıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri bir sıra görüşlər keçirəcək və TÜRKPA-nın 15-ci plenar iclasında iştirak edəcək.

Görüş və iclasların nəticələri barədə rəsmi məlumatlar verildikcə açıqlanacaq.

Mənbə: az.trend.az