UNEC komandası “TransportTech” hakatonunda I yeri qazanıb. Yarış İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin birgə təşkilatçılığı, “Openwave” Açıq İnnovasiya proqramı çərçivəsində keçirilib və nəqliyyat sektorunda problemlərə innovativ həllərin hazırlanmasına yönəlib.
Hakatonda iştirakçılar AYNA tərəfindən təqdim olunan məlumatlar əsasında prototiplər hazırlayıb və münsiflər heyətinə təqdim ediblər. Münsiflər UNEC komandasının prototipini yüksək qiymətləndirərək I yerə layiq görüblər.
Qalib komandanın üzvləri Rəqəmsal İqtisadiyyat fakültəsinin Kompüter mühəndisliyi ixtisasının tələbələri İlkin İsmayılov, Məhəmməd Nəzərli və Aydın Əliyev, eləcə də SABAH qrupunun Menecment ixtisası üzrə tələbəsi Atabəy Əsgərovdur.
Mənbə: az.trend.az
