Oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Çempionlar Liqası matçı ilə əlaqədar “Bakı Metropoliteni” QSC-də xüsusi iş rejimi tətbiq olunacaq.
Stadionun yaxınlığındakı “Koroğlu” stansiyasına əlavə işçi qüvvəsi cəlb ediləcək və nəzarət gücləndiriləcək.
Ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq.
Yaşıl və Bənövşəyi xətlərin qatarların hərəkət qrafiki dəyişdirilməyəcək.
Mənbə: az.trend.az
