Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində Yeni Həyat və Şirvan küçələrinin kəsişməsindən 10-cu Müşfiqabad küçəsi ilə kəsişməsinə qədər olan hissədə aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə, məhdudiyyət səbəbindən 114B, 555 və 557 nömrəli müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
114B marşrutunun Müşfiqabad qəsəbəsi istiqamətində hərəkəti H.Z.Tağıyev–Sahil avtomobil yolu, Şirvan küçəsi, Bakı–Şamaxı–Yevlax avtomobil yolu, Yeni qəsəbə (Müşfiqabad) və Yeni Həyat küçəsi ilə təşkil ediləcək.
Əks istiqamətdə 114B avtobusları Bakı–Şamaxı–Yevlax avtomobil yolu, Şirvan küçəsi, H.Z.Tağıyev–Sahil və Bakı–Şamaxı–Yevlax avtomobil yolları ilə hərəkət edəcək, daha sonra mövcud sxem üzrə hərəkətə davam edəcəklər.
555 və 557 nömrəli marşrutların Müşfiqabad qəsəbəsi istiqamətində hərəkəti H.Z.Tağıyev–Sahil avtomobil yolu, Yeni qəsəbə (Müşfiqabad), Şirvan küçəsi və Bakı–Şamaxı–Yevlax avtomobil yolu ilə təşkil olunub; əks istiqamətdə isə avtobuslar Bakı–Şamaxı–Yevlax avtomobil yolu, Şirvan küçəsi və H.Z.Tağıyev–Sahil avtomobil yolu ilə hərəkət edəcək.
Hər üç marşrutun son dayanacağı Yeni Həyat küçəsi, giriş 289 ünvanında təyin edilib.
Mənbə: az.trend.az
