Oktyabrın 21-də Yasamal, Nizami və Binəqədi rayonlarının müəyyən ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilməsində müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.
Məlumat “Azərişıq” ASC-dən verilib; təmir işləri Enerji Təchizatı və Satışı İdarələrinin xidmət ərazilərində aparılacaq və məqsəd abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, enerji itkilərinin minimuma endirilməsidir.
Yasamal rayonunda transformator məntəqəsində aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Həsən bəy Zərdabi, Xaqan Dadaşov, Xıdır Mustafayev və Mirəli Seyidov küçələrinin bəzi hissələrində elektrik enerjisinin verilməsində məhdudiyyət olacaq.
Nizami rayonunda rele-mühafizə və avtomatikanın yoxlanılması məqsədilə Bəhruz Nuriyev küçəsi, eləcə də Babək və Qara Qarayev prospektlərinin bəzi ərazilərində saat 09:00-dan 14:00-dək qısa müddətli fasilələr yaranacaq.
Binəqədi rayonunda transformator məntəqəsində yerinə yetiriləcək təmir-təftiş işləri zamanı 9-cu mikrorayonda yerləşən Mir Cəlal küçəsinin bir sıra yerlərində 09:00-dan 14:00-dək elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Mənbə: az.trend.az
