
Bərdə. Trend:
Bərdədə baş verən qəzada xəsarət alanların adları məlum
olub.
Qəza zamanı 2003-cü il təvəllüdlü Abbasov Ömər Vüqar oğlu,
1996-cı il təvəllüdlü Əliyev Səxavət Novruz oğlu, 2003-cü il
təvəllüdlü Allahverdiyev Elşən Arif oğlu, 1991-cı il təvəllüdlü
Qasımov Elçin Nasif oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq Bərdə
rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan Trend-ə bildirilib ki, hazırda onların müayinələri
Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri orta
ağırdır.
20:43
XXX
Bərdədə ağır yol qəzası baş verib.
Trend-in yerli müxbiri xəbər verir ki, hadisə rayonun Həsənqaya
kəndində qeydə alınıb.
“Mercedes Benz” markalı minik avtomobili ilə “VAZ-2107” markalı
minik avtomobili toqquşub. Nəticədə “VAZ-2107” marakl avtomobildə
olan iki nəfər aldıqları ağır xəsarətlərdən ölüb. Dörd nəfər isə
müxtəlif dərəcəli xəsarətlər alıb.
Faktla bağlı araşdırma aparılır.





























