Cümə, 23 Oktyabr 2026
Günün xəbəri, dəqiq məlumat--:--:--
Xəbər Zonası
Operativ • Dəqiq • Etibarlı
SON DƏQİQƏ
22.10.2026 09:00 · Cəmiyyət, Gündəm

İsti havada kondisioneri qoşmaq qərarını sürücü verə bilməz – “BakuBus” açıqladı

“BakuBus” MMC bildirir ki, müəssisənin istismarında olan avtobuslarda sentyabrın 23-dən payız mövsümünə keçilib və bu səbəbdən kondisionerlərin soyutma funksiyası dayandırılıb.

Qurumun açıqlamasına görə, payız rejimi ilə əlaqədar soyutma sistemi deaktiv edilir və havalandırma sistemlərindən istifadə olunur; temperatur nisbətən yüksək olduqda salonların ventilyasiyası üçün müəyyən pəncərələrin açılması nəzərdə tutulur.

Havanın soyuması ilə əlaqədar avtobuslarda isitmə sistemi aktivləşdirilir.

“BakuBus” vurğulayır ki, soyutma və isitmə sistemlərinin mövsümi rejim üzrə aktivləşdirilməsi və dayandırılması mərkəzləşdirilmiş qaydada tənzimlənir və sürücülərin fərdi qərarından asılı deyil.

Mənbə: az.trend.az