Azərişıq ASC məlumatına görə, bu gün Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinə daxil olan transformator məntəqəsində təmir işləri və 10 kV-luq hava xətlərində naqillərin yenilənməsi həyata keçiriləcək. Bu səbəbdən saat 10:00-dan 13:00-dək paytaxtın müəyyən küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.
Abşeron RETSİ-nin xidməti ərazisində, 35/10 kV-luq “Masazır” yarımstansiyasından çıxan 10 kV-luq “Şəhər-2” hava xəttində təmir işləri aparılacaq. Bu çərçivədə saat 10:00-dan 13:00-dək Masazır qəsəbəsində bir sıra küçələrdə enerji verilişində qısamüddətli fasilələr gözlənilir.
10 kV-luq xəttin yenidənqurma işləri ilə əlaqədar planlı fasilə saat 08:00-dan 18:00-dək bəzi digər küçə ərazilərini əhatə edəcək.
Azərişıq bildirir ki, təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Mənbə: az.trend.az
