Cümə, 23 Oktyabr 2026
Günün xəbəri, dəqiq məlumat--:--:--
Xəbər Zonası
Operativ • Dəqiq • Etibarlı
SON DƏQİQƏ
23.10.2026 12:00 · Cəmiyyət, Gündəm

Yardımlı Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib (FOTO)

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Orxan Fərmayıl oğlu Məmmədov bu gün rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim edilib.

Təqdimatı Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi‑təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev aparıb və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

Orxan Məmmədov ona göstərilən etimada görə minnətdarlıq bildirib.

Mənbə: az.trend.az