Advertisement

PAŞA Kapital bu il üzrə iddialı planlar müəyyənləşdirib – İdrə Heyətinin sədri

Bakı. Trend:

PAŞA Kapital bu il üzrə iddialı planlar müəyyənləşdirib.

Trend xəbər
verir ki, bu barədə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin
İdarə Heyətinin sədri Ceyhun Hacıyev 2023-cü il üzrə fəaliyyətin
yekunları və qarşıdakı dövr üzrə strateji planlara dair mətbuat
konfransının kuluarlarında jurnalistlərə deyib.

“Şirkət bazara uğurla yeni məhsul çıxarmaq üçün fərdi
investorların sayını artırmaq niyyətindədir. Mərkəzi Bank ilə
birlikdə kapital bazarı üçün ixtisaslı kadrların hazırlanması üçün
sertifikatlaşdırılmış mərkəzin yaradılması planlaşdırılır. Bundan
başqa,PAŞA Kapital planlar çərçivəsində çoxsaylı maarifləndirici
tədbirlər təşkil edəcək. PAŞA Kapital bazarın aparıcı iştirakçısı
olaraq, yeni müştərilərin cəlb edilməsi və maliyyə bazarına uğurlu
çıxışın təmin olunması üzərində fəal şəkildə işləyir”, – deyə o
vurğulayıb.

Qeyd edək ki, “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 2012-ci
ilin iyun ayında yaradılıb. PAŞA Kapital müştərilərinə geniş
spektrə malik xidmətlər, o cümlədən broker xidməti, konsaltinq və
tədqiqat, anderraytinq, marjinal ticarət, konsultasiya xidmətləri,
eləcə də digər yanaşı investisiya xidmətləri təklif edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun