Bakı. Trend:
2024-cü ilin birinci rübünün yekunlarına görə, Azərbaycandan
xarici ölkələrə pul köçürmələrinin həcmi 131 milyon ABŞ dolları
olub.
Bu barədə Trend-in sualına cavab olaraq, Mərkəzi Bankın
Statistika departamentinin direktoru Samir Nəsirov bu gün keçirilən
media brifinqində deyib.
“Birinci rübün yekunlarına görə, Azərbaycandan pul
köçürmələrinin həcminə görə ilk beşliyə 38,6 milyon ABŞ dolları ilə
Türkiyə, 16,2 milyon dollarla Rusiya, 14,6 milyon dollarla
Gürcüstan, 14 milyon dollarla ABŞ və 6,8 milyon dollarla Böyük
Britaniya daxildir”, – o deyib.
Xəbər yenilənəcək
(Tərcümə: Rəna Əbdürəhmanova)
























