Advertisement

Azərbaycan 900 mln. dollar dəyərində avroistiqrazların geri alışını həyata keçirib

Bakı. Trend:

Azərbaycan 900 mln. dollar dəyərində emissiya edilmiş qiymətli
kağızların – avroistiqrazların geri alışını həyata keçirib.

Trend xəbər
verir ki, bu barədə Mərkəzi Bankın Statistika departamentinin
direktoru Samir Nəsirov bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, 2024-cü ilin birinci rübündə baş tutan bu
sövdələşmə portfel investisiyalarında 903 milyon ABŞ dolları
dəyərində defisit yaradıb.

Qeyd edək ki, 2014-cü ilin mart ayında Azərbaycan ilk dəfə
olaraq 10 il müddətinə 4,75 faiz dərəcəsi ilə 1,25 milyard dollar
məbləğində xarici valyutada dövlət qiymətli kağızlarını
(avroistiqrazları) yerləşdirib.

Xəbər yenilənəcək

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun