Advertisement

Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin görüşü olub

Tbilisidə səfərdə olan xarici işlər naziri Ceyhun Bayramovun gürcüstanlı həmkarı İliya Darçiaşvili ilə görüşü olub.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, XİN başçıları az sonra mətbuata birgə bəyanatla çıxış edəcəklər.

Ceyhun Bayramovun gün ərzində Gürcüstan Baş naziri İrakli Kobaxidze ilə, həmçinin Gürcüstan parlamentində görüşləri planlaşdırılıb.