Advertisement

Müntəzəm avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tarifləri artırılıb

Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tarifləri artırılıb.

APA xəbər verir ki, bu barədə Rəqəmsal inkişaf və nəqliyyat nazieliyinin kollegiyasında qərar qəbul edilib.

Qərara əsasən, Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi məsafədən asılı olmayaraq 50 qəpik müəyyən edilib.