Advertisement

17 ölkəyə neft ixrac edirik

İran İslam Respublikası Avropa ölkələri də daxil olmaqla 17 ölkəyə neft ixrac edir.

APA-Economics”in TASS-a istinadən verdiyi məlumata görə, bunu İranın neft naziri Cavad Ouci bildirib.

“Xarici media İranın Avropaya neft ixrac etdiyini yazır. Bəli! Üstəlik, İran dünyanın 17 ölkəsinə neft ixrac edir”, – nazir qeyd edib.

Onun sözlərinə görə, İslam Respublikası iqtisadi müharibə vəziyyətindədir və statistikanı açıqlamayacaq.