
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin milli futbol komandasını 1/4 finala çıxması münasibətilə təbrik edib.
APA-nın məlumatına görə, bu barədə fikirlərini o “Facebook”dakı hesabında paylaşıb:
“Futbol üzrə Avropa Çempionatında Avstriyanı məğlub edərək, 1/4 finala yüksələn Milli Futbol Komandamızı ürəkdən təbrik edirəm. #BizimÇocuklar’a çempionluğa gedən yolda uğurlar arzulayıram” – dövlət başçısı qeyd edib.
























