
Ötün il Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ölkələrinin neft satışından əldə etdiyi gəlirləri 2022-ci il ilə müqayisədə 18% azalaraq 679,746 milyard ABŞ dolları təşkil edib.
Bu barədə “APA-Economics” təşkilatın illik statistik bülleteninə istinadən xəbər verir.
Qeyd edilib ki, OPEC-ə üzv ölkələr arasında Ekvatorial Qvineyanın gəliri ən çox azalaraq (44%) 1,745 milyard dollaradək enib, Səudiyyə Ərəbistanının gəliri əvvəlki illə müqayisədə təxminən 24% azalaraq 248,376 milyard dollar təşkil edib.
OPEC ölkələrinin 2023-cü ildə təsdiqlənmiş neft ehtiyatları bir qədər (0,08%) artaraq 1,241 trilyon barelə çatıb ki, bu da qlobal ehtiyatların 79%-ni təşkil edir.





























