Advertisement

Almatıda Azərbaycan-Ermənistan danışıqları kifayət qədər uğurlu, faydalı oldu

Almatıda Azərbaycan-Ermənistan danışıqları kifayət qədər uğurlu, faydalı oldu.

APA xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev iyulun 3-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilə görüşü zamanı bildirib.

“Qazaxıstan ərazisində Ermənistanla danışıqlar üçün platforma təqdim etmək təklifimizə dərhal razılıq verdiyinizə görə Sizə minnətdaram. İlk danışıqlar Almatıda baş tutdu. Onlar kifayət qədər uğurlu, hər halda faydalı oldu”, – Tokayev qeyd edib.