Cümə, 23 Oktyabr 2026
Günün xəbəri, dəqiq məlumat--:--:--
Xəbər Zonası
Operativ • Dəqiq • Etibarlı
SON DƏQİQƏ
08.03.2026 01:31 · Asiya

Əraqçi: İran regionda deeskalasiyaya hazırdır

“İran regionda gərginliyin azaldılmasına hazırdır, bunu prezident Məsud Pezeşkian artıq ifadə edib”.

APA xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

Nazirin sözlərinə görə, bu, yalnız qonşu ölkələrin hava məkanı, ərazisi və suları İrana qarşı hücumlar üçün istifadə edilməyəcəyi təqdirdə mümkündür.

Əraqçi əlavə edib ki, İranın qonşu dövlətlərə ünvanladığı bu jest ABŞ prezidenti Donald Trampın açıqlamaları ilə faktiki olaraq dərhal mənasını itirib.