
Respublika fənn olimpiadalarının qalibləri arasında rus bölməsi şagirdlərinin sayı olduqca azdır.
APA xəbər verir ki, bunu Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev deyib.
O bildirib ki, bunun səbəb lisey və gimnaziyaların rus bölməsinin az olmasıdır:
“Rus dilində yaxşı şagird hazırlaşdıracaq mütəxəssislərimiz azdır. Beynəlxalq hazırlıq mərkəzlərində müəllimlərimizin əksəriyyəti ya ingilis dillidir, ya da azərbaycan dilidir. Rus dili müəllimlərimiz azdır”.
Fuad Qarayev əlavə edib ki, Respublika fənn olimpiyadaları spesifik sahədir:
“Burada bizim üçün vacib olan məsələ şagirdlərin rus dilində və ya ana dilində təhsil almasından daha çox, onların beynəxalq olimpiyadalara hazırlıq prosesidir. Respublika fənn olimpiadalarının keçirilməsində məqsədlərdən biri də beynəlxalq olimpiadada iştirak edəcək namizəd şagidləri müəyyən etməkdən ibarətdir”.






















