Advertisement

Parlament seçkiləriylə əlaqədar Müsavat Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Müsavat Partiyasının 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrin qeydə alınması ilə bağlı müraciətlərinə baxılıb.

APA xəbər verir ki, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

İclasda Müsavat Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi qeydə alınıb.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.