Advertisement

Emin Əmrullayev Ukrayna səfiri ilə görüşüb

İyulun 8-də elm və təhsil Emin Əmrullayev Ukrayna Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yuriy Husyev ilə görüşüb.

Bu barədə APA-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, görüş zamanı 2 ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.