Advertisement

Azərbaycan bu il neft emalını artırıb

Cari ilin yanvar-iyun aylarında Azərbaycanda 3,2 milyon tona yaxın neft emal edilib, bu da illik müqayisədə 3,23% çoxdur.

Bu barədə “APA-Economics” Energetika Nazirliyinə istinadən xəbər verir.

Xatırladaq ki, ötən ilin yanvar-may aylarında Azərbaycanda 3,1 mln. ton neft emal olunub.

Ötən il Azərbaycanda 6,5 mln. tona yaxın neft emal edilib, bu da illik müqayisədə 4,84% çoxdur.

Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.