
Bu ilin yanvar-iyun Aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 20,5 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,2 faiz artıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 14,4 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 19,1 milyard kub metr təşkil edib.
“Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 5,3 faiz artıb”, – məlumatda qeyd olunur.
Qeyd olunur ki, hesabat dövründə Azərbaycanda cəmi 14 450,7 min ton neft (4,9% azalma) və 25 079,6 mln. kubmetr qaz (3.4% artım) hasil edilib.





























