Advertisement

Azərbaycanda kimya sənayesi məhsullarının istehsalı artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1 022,6 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 53,5%, rezin və plastik kütlə məmulatlarının istehsalı 26,7%, kimya sənayesi məhsullarının istehsalı isə 7,8% artıb.

Məlumata görə, hesabat dövründə kimya sənayesi məhsullarından karbamid istehsalı 2 dəfə, metanol istehsalı 16,6%, azot istehsalı 1,4%, rezin və plastik kütlə məmulatlarından polietilendən başqa, digər plastmas kisələr və çantalar istehsalı 3,5 dəfə, məsaməli plastik kütlədən sair plastinlər, lövhələr istehsalı 67,6%, polietilendən kisə və çantalar istehsalı 49,4%, plastmas butulkalar, flakonlar və oxşar məmulatlar istehsalı isə 16% artıb.

Azərbaycanda əsas kimya məhsullarının istehsalı dinamikası:

Məhsul növləri

2024-cü ilin yanvar-iyun aylarında istehsal edilmişdir

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

01.07.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı

Kimya sənayesi məhsulları

Təsirsiz qazlar, min kub metr

21 337,1

85,3

47,5

ondan:

azot, min kub metr

12 020,0

101,4

44,0

Lak-boya məmulatları, ton

15 831,6

96,4

474,3

Qeyri-üzvi kimyəvi maddələr, min ton

161 00

106,6

5330,0

ondan:

yod, ton

98,3

98,4

7,9

Üzvi kimyəvi maddələr, min ton

464,0

98,2

26,0

ondan:

etilen, min ton

75,1

83,6

0,8

propen (propilen), min ton

69,6

86,8

0,5

metanol (metil spirti), min ton

250,3

116,6

19,1

Etil spirti, min dkl

35,9

122,9

25,7

Gübrə və azot birləşmələri,min ton

304,6

2.0 d.

35,9

ondan:

karbamid, min ton

304,6

2,0 d.

35,8

İlkin formada plastik kütlə, min ton

141,7

84,1

26,5

ondan:

polietilen, min ton

70,6

80,1

14,6

Yapışqan və yapışdırıcı maddələr, min ton

49,8

96,5

3,6