Advertisement

Tramp Çindən gələn mallara rüsum tətbiq etmək niyyətində olduğunu açıqlayıb

Donald Tramp bildirib ki, prezident seçiləcəyi təqdirdə Çin və digər ölkələrdən gələn məhsullara rüsumları artırmaq niyyətindədir.

APA xəbər verir ki, ABŞ-nin sabiq prezidenti bunu “Bloomberg”-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Çin mallarına 60 faizdən 100 faizə qədər tariflər tətbiq etməklə yanaşı, digər ölkələrdən idxal olunan mallara da ümumi 10 faizlik rüsum tətbiq etmək lazımdır.