Advertisement

Neft Fondu “AAA” reytinqli investisiya alətlərinə investisiyaları azaldıb

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) istiqrazlar və pul bazarı alətləri portfelinin kredit reytinqləri üzrə təsnifatında 30.06.2024 tarixinə birinci yerdə “AAA” reytinqli investisiya alətləri qərarlaşıb.

APA-Economics”in ARDNF-nin cari ilin doqquz ayının yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, qeyd olunan göstərici 63,8% təşkil edib, bu da ilin əvvəlində qeydə alınan göstəricisi (31.03.2024 tarixinə – 66,4%) ilə 2,6 faiz bəndi azdır.

Məlumata görə, hesabat dövrünə Fondun investisiyalarının 18,6%-i “AA” reytinqli, 10,3%-i “A” reytinqli, 7%-i “BBB” reytinqli, 0,3%-i isə qeyri-investisiya dərəcəli alətlərinə yatırılıb.

Bundan başqa, yerləşdirmə müddəti üzrə təsnifata əsasən, Fondun investisiyalarının 20,5%-i 0-1 il (0,5 faiz bəndi azalma) 27,1%-i 1-3 il (0,2 faiz bəndi artım), 24,3%-i 3-5 il (1,2 faiz bəndi artım), 28,1%-i isə 5 ildən artıq (1,1 faiz bəndi artım) müddətinə yerləşdirilib. Bu da o deməkdir ki, Fond yerləşdirmə tarixi daha az olan istiqrazlar və pul bazarı alətlərinə investisiyalarını artırıb.

Qeyd edək ki, hesabat dövrünə ARDNF-in cəmi investisiya portfeli 57 931,5 mln. dollara çatıb.