Advertisement

ABŞ-da atışma olub, 3 nəfər ölüb, 7 nəfər yaralanıb

ABŞ-da əyləncə mərasimində atışma olub.

APA-nın “NBC News”-ə istinadən verdiyi xəbərə görə, hadisə ötən gecə Filadelfiyada qeydə alınıb.

Gecə saat 02.00 radələrində ümumilikdə 150-yə qədər insanın iştirak etdiyi mərasimdə atışma nəticəsində 3 nəfər ölüb, 7 nəfər yaralanıb.

Polis atəş açanların bir neçə nəfər olduğunu açıqlayıb. Şübhəli şəxslər hələ saxlanılmayıb.