
Bakı. Trend:
2023-cü ildə Azərbaycanın ödəniş balansının cari əməliyyat
hesabının profisiti 8,3 milyard ABŞ dolları olub.
Trend xəbər
verir ki, bu barədə Mərkəzi Bankın Statistika Departamentinin
direktoru Samir Nəsirov media brifinqində deyib.
Onun sözlərinə görə, bu göstərici 2022-ci illə müqayisədə 64,7
faiz azdır.
“Ötən ilin nəticələrinə əsasən, ödəniş balansının cari əməliyyat
hesabının profisiti 8,3 milyard ABŞ dolları olub ki, bu da
ümumdaxili məhsulun (ÜDM) 11,5 faizini təşkil edir”, – deyə o
bildirib.
Xəbər yenilənəcək

























