Advertisement

Kamala Harris Blinken, Ostin və Sallivanı vəzifələrindən uzaqlaşdıracaq

Kamala Harris Antoni Blinken, Lloyd Ostin və Ceyk Sallivan vəzifələrindən uzaqlaşdıracaq

APA xəbər verir ki, bu iddia ilə “Wall Street Journal” çıxış edib.

Qəzet yazıb ki, bu məsələnin reallaşmasında əsas rolu Barak Obamanın dövründə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri olmuş Filip Qordon oynayacaq.

Hazırda Kamala Harrisin komandasında yer alan F. Qordon əvvəllər Ağ Evdə Yaxın Şərq məsələləri üzrə müşavir vəzifəsində çalışıb.

Məqalədə o da qeyd edilib ki, Filip Qordon Suriyada Bəşər Əsəd əleyhdarları olan döyüşçülərin silahlandırılması planına qarşı olması ilə yadda qalıb.

Qeyd edək ki, ABŞ-də Prezident seçkisi noyabrın 5-də keçiriləcək.