
ABŞ prezidenti Co Bayden Ukraynaya dəstək və Rusiyaya qarşı çıxmaq üçün dövlətlərin koalisiyasını qoruyub saxlayacağını bildirib.
APA xəbər verir ki, O, bu barədə vətəndaşlara televiziya ilə müraciətində bildirib.
“Biz NATO-nu gücləndirməkdə davam edəcəyik və mən onu tariximizdə heç vaxt olmadığı qədər güclü və vahid hala gətirəcəyəm”, – Bayden vurğulayıb.





























