Advertisement

Ceyhun Bayramov Somali XİN başçısı ilə görüşü başlayıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Somalinin xarici işlər naziri Əhməd Moallim Fiqi Əhməd arasında təkbətək görüşü başlayıb.

APA-nın məlumatına görə, bu barədə XİN “X” platformasında paylaşımında bildirilib.

Xatırladaq ki, bu gün Somalinin xarici işlər naziri Əhməd Moallim Fiqi ölkəmizə səfərə gəlib.