Advertisement

İsrailin XİN rəhbəri Ərdoğanı hədələyən paylaşım edib

İsrailin xarici işlər naziri İsrael Katz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı hədələyib.

APA xəbər verir ki, Katz öz “X” hesabında İraqın sabiq prezidenti Səddam Hüseyn və Ərdoğanın şəkillərini yan-yana yerləşdirərək Ərdoğana qarşı hədələyici ifadələr işlədib.

Katz Ərdoğanla bağlı paylaşımında bunları yazıb:

“Ərdoğan Səddam Hüseynin yolunu gedir və İsraili hücumla hədələyir. Orada nə olduğunu və necə başa çatdığını xatırlamasına icazə verin.”