
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov İran İslam Respublikasının Prezidentinin andiçmə mərasimində iştirak etmək üçün Tehrana gəlib.
Bu barədə APA-ya Nazirlər Kabinetindən xəbər verilib.
***
saat 13.34
Bu gün Baş nazir Əli Əsədov İrana səfər edib.
APA-nın xəbərinə görə, Əli Əsədov İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak edəcək.
Qeyd edək ki, bu gün Məsud Pezeşkianın andiçmə mərasimi keçiriləcək.



















